13:17 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (392)
24 0 0

“Dərmanlara gəldikdə, bizim işlərimiz inanılmaz dərəcədə yaxşı gedir. Çox güman ki, ilin sonuna hələ çox qalmış bizim əlimizdə tibbi preparat və ya vaksin şəklində həll yolu olacaq” – deyə, Tramp bildirib

BAKI, 5 iyul – Sputnik. ABŞ Prezidenti Donald Tramp COVİD-19 koronavirusuna qarşı vaksinin 2020-ci ilin sonuna hələ çox qalmış yaradılacağına ümid etdiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş “Amerikaya salam - 2020” tədbiri öncəsi bəyan edib.

“Dərmanlara gəldikdə, bizim işlərimiz inanılmaz dərəcədə yaxşı gedir. Çox güman ki, ilin sonuna hələ çox qalmış bizim əlimizdə tibbi preparat və ya vaksin şəklində həll yolu olacaq” – deyə, o, bildirib.

Qeyd edək ki, bu günə qədər ABŞ-da 2 milyon 840 mindən çox adam koronavirusa yoluxub. 130 minə yaxın adam xəstəlikdən ölüb, 895 min adam sağalıb.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus yoluxmasını pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (392)

Əsas mövzular