19:34 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
16 0 0

Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib ki, Qərb faşizm üzərində Qələbədə SSRİ-nin əsas roluna məhəl qoymayaraq, yalnız ABŞ və Böyük Britaniyanın töhfələrindən danışır, Nürnberq Tribunalının yekunlarını təftiş etməyə çalışır.

BAKI, 3 iyul — Sputnik. Qərb rəsmiləri faşizm üzərində Qələbəyə yalnız ABŞ və Britaniyanın verdiyi töhfələrdən danışaraq Nürnberq Tribunalının yekunlarına yenidən baxmağa cəhd edirlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu RİA Novosti-yə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.

"Tarixi tamamilə başqa formada təqdim etməyə çoxlu cəhdlər görürük. Məsələn, Qərb ölkələrinin rəsmiləri İkinci Dünya Müharibəsinin nəticələrinə yekun vurarkən, faşizm üzərində Qələbədə SSRİ-nin əsas roluna məhəl qoymayaraq, yalnız ABŞ və Böyük Britaniyanın töhfələrindən danışırlar, Nürnberq Tribunalının yekunlarını təftiş etməyə çalışdıqlarını deyirlər", - deyə o bildirib.

Aleksandr Bastrıkinin sözlərinə görə, bütün hərbi cinayətkarlar Nürnberq Tribunalı tərəfindən qınanılmayıb, bəziləri gizləniblər. Bütün günahkarları - həm sağ olanları, həm də ölənləri müəyyənləşdirmək lazımdır.

"Qarşımızda bir neçə vəzifə var. Nürnberqdə və müharibədən sonrakı digər proseslərdə beynəlxalq hərbi tribunal tərəfindən heç də bütün cinayətkarlar pislənilməyib: qəddar cinayətlərin törədilməsində təqsirli olan bir çox nasistlər, təəssüf ki, ədalət mühakiməsindən gizlənməyə və cəzadan qaçmağa müvəffəq olublar", - deyə Bastrıkin bildirib.

O, cəzanın labüdlüyü prinsipini həyata keçirməklə bütün günahkarların müəyyənləşdirilməsinin davam etdirilməsinin zəruriliyini qeyd edib.

"Sağ qalıb-qalmamalarından asılı olmayaraq, biz bu adları çəkməli və bu şəxslərin nə etdiklərini göstərməliyik", - deyə İK başçısı əlavə edib.

O, bəyan edib ki, Rusiya Federasiyası istintaq Komitəsinin nasistlərin cinayətlərinin araşdırması milli və beynəlxalq hüquq normalarına əsaslanır.

"Rusiya istintaqı milli qanunvericilik və beynəlxalq hüquq normalarına əsaslanır", - deyə Bastrıkin müharibə illərində baş vermiş cinayətlərin günahkarlarının hansı qanunlarla cavab verməli olduqları barədə suala cavabında bildirib.

O xatırladıb ki, milli qanunvericilik sahəsində nasist işğalçılarının və onların əlaltılarının cinayətlərinə görə cinayət məsuliyyəti 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin "Sovet vətəndaşlarının və qızıl ordu əsirlərinin öldürülməsində və işgəncələrə məruz qalmasında təqsirli bilinən alman-faşist qəsbkarlarına, casuslara, vətənə xəyanət edən sovet vətəndaşlarına və onların əlaltılarına qarşı cəza tədbirləri haqqında" fərmanı ilə müəyyən edilib.

"Cinayətin təşkilatçıları və icraçıları ilə bağlı fərman alternativsiz olaraq ən yüksək cəza tədbirini - asılma yolu ilə ölüm cəzasını nəzərdə tuturdu. Rusiyanın Cinayət Məcəlləsində soyqırım cinayətinə görə əsas cəzanın yumşaq növlərini nəzərdə tutan məsuliyyət norması əksini tapıb. Burada cinayət qanununun geriyə qüvvəsinin tətbiqinə yol verilir", - deyə Bastrıkin bildirib.

O qeyd edib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 357-ci maddəsinə əsasən nasizm cinayətləri faktlarını aşkar etməyə davam edəcək.

"İstintaq Komitəsi irqi üstünlük, nasizm ideyalarına əsaslanan cinayət əməlləri faktlarını aşkar etməyə və onlara, o cümlədən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 357-ci maddəsinə əsasən lazımi hüquqi qiymət verməyə fəal şəkildə davam edəcək, ", - deyə İK rəhbəri bildirib.

Bastrıkin xatırladıb ki, Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə əsasən, müharibəyə qədər və yaxud müharibə vaxtı mülki əhalinin qətlə yetirilməsi və işgəncələrə məruz qalması insanlığa qarşı cinayət hesab olunur. Konvensiyanın 1-ci maddəsinə əsasən 26 noyabr 1968-ci il tarixindən etibarən hərbi və insanlıq əleyhinə cinayətlərə qarşı iddia müddəti tətbiq olunmur.

Mövcud arxiv məlumatlarına görə, RSFSR ərazisində işğal dövründə 2 milyondan çox dinc əhali qəsdən məhv edilib. Bütün faktlar araşdırılmayıb, bütün şəxslər müəyyənləşdirilməyib və məhkəməyə cəlb edilməyib. Axtarış dəstələrinin apardığı qazıntılar və arxivlərin üzərindən məxfiliyin qaldırılması sayəsində Novqorod vilayətində, Krasnodar diyarında, Rostov vilayətində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı faciəli hadisələrin təfərrüatları məlum oldu. Ötən il İK 30 mindən çox sovet vətəndaşının məhv edilməsi barədə cinayət işi qaldırıb.

Əsas mövzular