00:42 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5 0 0

Bu gün Fransanın Baş naziri Eduar Filipp istefa ərizəsi yazıb. Fransa Prezidenti Emmanuel Makron onun ərizəsini qəbul edib.

BAKI, 3 iyul — Sputnik. Fransa Prezidenti Emmanuel Makron Jan Kasteksi ölkənin Baş naziri təyin edib. Bu barədə Sputnik radiosu xəbər verir.

Jan Kasteksə hökuməti formaşdırmaq tapşırılıb.

Jan Kasteks buna qədər Fransanın cənubunda Prad şəhərinin meri olub.

Qeyd edək ki, bu gün Fransanın Baş naziri Eduar Filipp istefa ərizəsi yazıb.

Fransa Prezidenti Emmanuel Makron onun ərizəsini qəbul edib.

Məlumatda qeyd olunur ki, yeni hökumət təyin olunana qədər Edaurd Filipp öz mövcud işlərini davam etdirəcək.

Bu ilin iyun ayının sonunda Filipp Havr şəhərinin meri vəzifəsi uğrunda keçirilən seçkilərdə qalib gəlib. Eduar Filipp 2017-ci ilin mayından Fransa Baş naziri idi.

Əsas mövzular