Lukaşenko bəyan etdi: "Koronavirus üzərində qələbə çaldıq"

© AFP 2023 / Sergei GaponПрезидент Белоруссии Александр Лукашенко во время встречи с журналистами
Президент Белоруссии Александр Лукашенко во время встречи с журналистами - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa qarşı mübarizənin ön cəbhəsində çalışan həkimlərin işini xüsusi vurğulayaraq COVİD-19 üzərində qələbə qazandıqlarını elan edib.

BAKI, 2 iyul – Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət mükafatlarının təqdimatı zamanı koronavirusa qarşı mübarizənin ön cəbhəsində çalışan həkimlərin işini xüsusi vurğulayaraq COVİD-19 üzərində qələbə qazandıqlarını elan edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Бахтияр Алиев (Bahh Tee), фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məşhur bakılı: "Koronavirus mənə də çatıb" - VİDEO

Onun sözlərinə görə, belaruslar pandemiya dövründə siyasi sağlam düşüncə və xalq müdrikliyini nümayiş etdiriblər.

"Koronavirus infeksiyası səbəbindən ön cəbhədə həkimlər var idi. Bizim səhiyyə sistemi dayanıqlı çıxdı. Ancaq mübarizənin dərəcəsini aşağı salmırıq, hərçənd artıq bu gün demək olar ki, biz qalib gəlmişik. "COVİD-19" üzərində yekun qələbədən sonra bu gün hələ də vəzifə başında olan həkimlərimizlə mütləq ayrıca görüşəcəyik", - deyə prezident bildirib.

25 mayda Lukaşenko Belarusda epidemioloji vəziyyətin yaxşılaşdığını vurğulayaraq, "Allahın köməyi ilə" tezliklə koronavirus üzərində qələbə qazanacaqlarının proqnozunu vermişdi.

Ölkədə iqtisadi səbəblərdən sərt karantin məhdudiyyətləri tətbiq olunmurdu. Lukaşenko pandemiyanın onun ətrafında yaranmış çaxnaşmadan irəli gələn psixozdan daha pis olmadığını dəfələrlə bəyan etmiş, belaruslara xəstəliyi araq, hamam və traktorla işləməklə müalicə etməyi məsləhət görmüşdü. O, dəfələrlə tətbiq etdiyi məhdudiyyətlərə görə, Rusiyanı tənqid etmiş, rusları axmaq adlandırmış və başlarının xarab olduğunu demişdi.

Pandemiyanın başlanğıcından bəri, koronavirus infeksiyası Belarusun 62 424 sakinində aşkarlanıb: 398 xəstə vəfat edib, 47 553 nəfər sağalıb.

Xəbər lenti
0