01:34 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
214730

Əks-təbliğat məhsulları Cənubi Koreyadan hava şarlarında göndərilir. Şəkillərdə KXDR liderinin həyat yoldaşı Li Sol Çju nalayiq şəkildə təqdim olunur.

BAKI, 1 iyul — Sputnik. Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreyanın onun həyat yoldaşının təxribatçı təsviri olan təbliğat vərəqlərini yaydığını görərək qəzəblənib. Bu barədə Daily Mail Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora istinadən xəbər yayıb.

Onun sözlərinə görə, əks-təbliğat məhsulları Cənubi Koreyadan hava şarlarında göndərilir. Şəkillərdə KXDR liderinin həyat yoldaşı Li Sol Çju nalayiq şəkildə təqdim olunur. Xüsusilə təşviqat materiallarında Kim Çen Inın arvadının guya pornofilmdə çəkildiyi qeyd olunur.

Matseqorun qeyd etdiyinə görə, vərəqələrdə Kimin həyat yoldaşına yönəlmiş "natəmiz, təhqiramiz təbliğat" çap edilib. Daily Mail yazır ki, iyunun 16-da KXDR hakimiyyətinin Kesondakı koreyalararası əlaqə ofisinin iflasa uğramasına məhz bu şəkillər səbəb olub.

Xəbər verildiyi kimi, Kim Çen In Cənubi Koreyaya qarşı hərbi əməliyyatların həyata keçirilməsi planını təxirə salmaq qərarına gəlib. Şimali Koreya lideri Koreya Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyasının videokonfrans formatında keçirilən 5-ci sessiyasında planın həyata keçirilməsini təxirə salıb. Görüş zamanı qarşıdakı sessiya çərçivəsində müzakirəyə çıxarılacaq əsas hərbi siyasət layihələri nəzərdən keçirilib.

KXDR cənub qonşunu öz ərazisinə vərəqələr atmaqda ittiham etdikdən sonra ölkələr arasında münasibətlər növbəti böhran keçirməyə başlayıb.

İyunun 16-da Şimali Koreya hakimiyyəti sərhədin yaxınlığındakı Keson şəhərində yerləşən koreyalararası əlaqə ofisini partladıb. Məlumdur ki, şimalda bu aksiyanı əvvəlcədən planlaşdırıblar və açıq şəkildə bəyan ediblər. KXDR liderinin bacısı Kim Yo Çjon baş verənlərdən bir neçə gün əvvəl koreyalararası qovşağı yararsız adlandırıb. İyunun 19-da Cənubi Koreyanın birlik naziri istefa verib. Bundan bir gün əvvəl məlum olub ki, Şimali Koreya qoşunları demilitarizasiya olunmuş sərhəd zonasına daxil olub.

Əlaqədar

Kimdən hələ dürüst xəbər yoxdur, əsgərləri qonşunu atəşə tuturlar
Yenə də Kim: bu dəfə əlini müzakirə edirlər – FOTO
Dünya onun ölməsindən danışırdı, Putin isə xüsusi mükafat verdi
Kim Çen In haradadır? ABŞ yenə onu axtarır
Futbol klubundan cəsarətli addım: azarkeşləri görün nə ilə əvəz etdi

Əsas mövzular