06:23 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15 0 0

Rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq.

BAKI, 1 iyul — Sputnik. ABŞ-ın Rusiyanın "Şimal axını-2" qaz kəmərinə qarşı mümkün sanksiyalar tətbiq etməsi hüquqi çərçivələrə sığmır. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel bildirib.

Kansler əlavə edib ki, ölkəsi hesab edir ki, layihə tamamlanmalıdır və bu istiqamətdə iş aparır.

Daha əvvəl ABŞ Senatı Milli Müdafiə Büdcə layihəsinə Rusiyanın "Şimal axını - 2" qaz kəmərinə əlavə sanksiyaların tətbiq edilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq.

1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2020-ci ilin sonunadək başa çatdırılacaq.

Əlaqədar

Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyib - "Şimal Axını-2"-yə görə
Senat Rusiyanı qıcıqlandıran addımını atdı: sanksiyaları layihəyə saldı
Ruslar ABŞ-ın sanksiyalarını aşmağın yolunu tapdılar
Angela Merkel ABŞ-a sanksiya tətbiq edə bilər
Yeni təhlükə: neft müharibəsindən sonra qaz müharibəsi gələ bilər

Əsas mövzular