Ermənistanda koronavirusa yoluxanların sayı 26 mini keçdi

© REUTERS / EDGARD GARRIDOПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 453-ə çatıb. Xəstəlikdən sağalanların sayı 14563 olub. Hazırda bu ölkədə olan 10900 nəfər xəstəxanada müalicə alır.

BAKI, 1 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 26065-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 523 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 453-ə çatıb. Xəstəlikdən sağalanların sayı 14563 olub. Hazırda bu ölkədə olan 10900 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 931-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,4 milyonu keçib, 510 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0