Biri bitməmiş, o biri gəlir! Yeni pandemiya yarana bilər

© AFP 2023 / RODRIGO BUENDIAСотрудница лаборатории, фото из архива
Сотрудница лаборатории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ancaq virusun insandan insana ötürülə biləcəyi hələ məlum deyil. Elm adamlarının fikrincə, bu gələcəkdə mutasiya edib insandan insana keçə bilər.

BAKI, 30 iyun — Sputnik. Çin alimləri pandemiyaya çevrilə biləcək yeni donuz qripi aşkarlayıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, H1N1 ştammına yaxındır və G4 adlanır.

Медицинские работники в госпитале COVID-19  № 122 им. Л. Г. Соколова - Sputnik Azərbaycan
SƏHİYYƏ
Homo sapiensin XXI əsr həyatı: pandemiya dövründə xəstəxana ovu başlayacaq

Tədqiqatçılar virusun insanlara ötürülməsi üçün "yüksək potensiala" sahib olduğunu müəyyən ediblər.

Belə ki, 2011-2018 ci illərdə onlar Çinin 10 əyalətində donuz burunlarından 30.000 yaxma götürüblər.

Nəticədə 179 qrip virusu müəyyən edilib. Onlardan çoxu 2016-cı ildə donuzlar arasında yayılmış yeni növə aid olub.

Daha sonra tədqiqatçılar insanlar kimi qripə bənzər simptomlar yaşayan "gəlincik"lər üzərində də təcrübələr aparıblar. Məlum olub ki, G4 çox yoluxucudur, insan hüceyrələrində çoxalır və digər viruslara nisbətən daha ciddi bir nasazlığa səbəb olur. Testlər həmçinin bir insanın mövsümi qripə qarşı müqavimətinin G4-dən qorunmadığını da müəyyən edib.

Bu patogenə bir neçə nəfər yoluxub. Bunu antikorlar üçün qan testləri sübut edib. Onların hamısı donuz fermalarında işləyib və heyvanlardan yoluxublar.

Ancaq virusun insandan insana ötürülə biləcəyi hələ məlum deyil. Elm adamlarının fikrincə, bu gələcəkdə mutasiya edib insandan insana keçə bilər.

"Biz daim zoonotik patogenlərin ortaya çıxması təhlükəsi ilə qarşı-qarşıyayıq. Belə ki, vəhşi təbiətdən çox hər gün təmasda olduğumuz heyvanlar yeni bir pandemiya mənbəyinə çevrilə bilər", - deyə müəlliflər vurğulayıb.

Xəbər lenti
0