Həbsxanadan xəstəxanaya - keçmiş prezidentə sətəlcəm diaqnozu qoydular

© AFP 2023 / VYACHESLAV OSELEDKOЭкс-президент Кыргызстана Алмазбек Атамбаев, фото из архива
Экс-президент Кыргызстана Алмазбек Атамбаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 23-ü Bişkekin bir may rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin 11 il və 2 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarıb

BAKI, 30 iyun — Sputnik. Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Dövlət Təhlükəsizlik Komitəsinin Mətbuat xidməti yayıb.

Məlumatda vurğulanır ki, Almazbek Atambayev iyunun 29-da özünü pis hiss etdiyini deyib. Bundan sonra o, koronavirus şübhəsi ilə bağlı PCR testi edilib. Testin nəticəsi mənfi olub. Həkimlər konsilium etdikdən sonra ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Bununla bağlı sabiq prezidentin islah müəssisəsindən çıxarılaraq stasionar tibb məntəqəsinə yerləşdirilməsinə dair qərar qəbul olunub.

Xatırladaq ki, iyunun 23-ü Bişkekin bir may rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin 11 il və 2 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar çıxarıb.

Sabiq dövlət başçısı kriminal avtoritet Aziz Batukayevin qanunsuz azad olunması üzrə korrupsiyada günahkar bilinib.

Atambayev dövlət mükafatları və mülklərindən məhrum ediləcək.

Məhkəmə işə ötən ilin noyabrında baxmağa başlayıb, proses qapalı aparılıb. Sabiq prezident dinləmələrdə iştirak etməkdən və son söz deməkdən imtina edib.

 

Xəbər lenti
0