17:23 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2901

Dövlət başçısı hər gün təxminən 30 tvit atır. Bu, ayda təxminən 900 ismarış edir. Buna görə təşkilatçılar adambaşına ay ərzində 45 dollarlıq limit müəyyənləşdiriblər

BAKI, 27 iyun — Sputnik. ABŞ-ın Demokratlar partiyasını dəstəkləyən fəallar “Tvit zərbəsi” (Defeat by Tweet) adlı kampaniyaya başladıqlarını bildiriblər.

Sputnik Azərbaycan ABC News-a istinadən bildirir ki, təşkilatın niyyəti Donald Trampın yenidən prezident seçilməsinin qarşısını almaqdır.

Ürəyi istəyən hər kəs bundan belə Trampın hər tvitinə görə 1-10 sent məbləğində ianə edə bilər. Bu minvalla aksiya təşkilatçıları bu ilin noyabrındakı seçkiyədək 50-100 milyon dollar yığmağa ümidlidirlər. Onların sözlərinə görə, bununla  ölkə liderinin öz hərəkətlərinə görə məsuliyyət hiss eləməyinə nail ola biləcəklər. 

Yığılan məbləğ ABŞ-ın qaradərili sakinlərinin başçılıq etdiyi 15 siyasi təşkilatın arasında bərabər qaydada bölünəcək.

Dövlət başçısı hər gün təxminən 30 tvit atır. Bu, ayda təxminən 900 ismarış edir. Buna görə təşkilatçılar adambaşına ay ərzində 45 dollarlıq limit müəyyənləşdiriblər.

Twitter sosial şəbəkəsi bir müddət öncə Trampın etiraz edənlərin “muxtar zonaları” barədə tvitinin insanlara qarşı təcavüz ehtiva etdiyini hesab eləmişdi. Bu səbəbdən şəbəkə Prezidentin mesajının böyründə müvafiq xəbərdarlıq yerləşdirmişdi. Tvitdə deyilirdi ki, Vaşinqtonda heç zaman etiraz edənlərin “muxtar zonası” olmayacaq.

 

Əlaqədar

Boltondan yeni iddia: Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaları ləğv etmək istəyirdi
Tramp keçmiş köməkçisini həbsxana və pulla təhdid etdi
Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyib - "Şimal Axını-2"-yə görə
Prezident ailəsində qarışıqlıq - Trampı qorxudan nədir?
İnanılmaz: Bəşər Əsəd Donald Trampı necə xilas edib

Əsas mövzular