Çində nəhəng tornado başlayıb

© AFP 2023 / -Çində nəhəng tornado, arxiv şəkli
Çində nəhəng tornado, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dağıntı və zərərçəkənlər haqqında məlumat verilmir.Dağıntı və zərərçəkənlər haqqında məlumat verilmir.

BAKI, 27 iyun — Sputnik. Çinin şimalında böyük bir tornado başlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tornado həftənin əvvəlində Daxili Monqolustan muxtar rayonunun bir neçə şəhərində meydana gəlib.

Şahidlər təbii fəlakətin baş verdiyi anı əks etdirən kadrları sosial şəbəkəyə yerləşdiriblər.

Tornadonu təkcə uzaqdan deyil, yaxından çəkmək də mümkün olub. Böyük sürətlə hərəkət edən qum sütunu Şilin-Hot şəhərinin ətrafından keçib.

Nəhəng burulğan toz örtüyü qaldırıb. Bu Çində "Su udan Əjdaha" adlandırılır. Dağıntı və zərərçəkənlər haqqında məlumat verilmir.

Xəbər lenti
0