09:51 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3601

Koronavirus pandemiyası sanitariya nəzarətindən keçməyən heyvanların ətinin istehlakı səbəbindən meydana gəldiyi üçün Çinin Kənd Təsərrüfatı Nazirliyi aprel ayında it və pişik ətinin yeyilməsini rəsmən qadağan edib. Lakin Çin əhli adətindən əl çəkmək niyyətində deyil.

BAKI, 25 iyun — Sputnik. Çinin Quansi əyalətinin Yuylin şəhərində növbəti it əti festivalı start götürüb. Bu barədə "Rossiyskaya qazeta" xəbər verir.

İtlərin qida üçün yetişdirilə bilən heyvanlar siyahısından çıxarılmasına baxmayaraq, yay gündönümü günündə it əti festivalı keçirilib. Çin Kənd Təsərrüfatı Nazirliyinin aprel qərarına əsasən, itlər yalnız ev heyvanları hesab edilə bilər.

Heyvan müdafiəçiləri qanunvericilikdə dəyişiklikləri alqışlayıb və bu festivalın son dəfə keçirildiyinə ümid edir. Onların fikrincə, bu cür tədbirlərin dayandırılması yalnız heyvanlar üçün deyil, həm də insanların sağlamlığının qorunması üçün vacibdir. Çünki koronavirus pandemiyası sanitariya nəzarətindən keçməyən heyvanların ətinin istehlakı səbəbindən meydana gəlib.

Çin 2020-ci ilin aprelində koronavirusun yayılması fonunda itlərə yeməli heyvan kimi baxılmasını rəsmi olaraq dayandırıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi qeyd edib ki, sivilizasiya inkişaf etdikcə, itlər yalnız insanların yoldaşı hesab olunmağa başlayıb və buna görə də artıq Çində yeməli ev heyvanı hesab edilmir.

"Humane Society International" təşkilatının məlumatına görə, Çində hər il 10-20 milyon it ət əldə etmək məqsədilə kəsilir. Uzun müddət ölkədə bu heyvanın ətinin sağlamlıq və uğur gətirdiyinə inanılırdı. Ancaq çinlilərin əksəriyyəti heç vaxt it ətinin dadına baxmayıblar və bunu etməyi planlaşdırmayıblar.

Honkonqda köpəklərin və pişiklərin yemək məqsədilə öldürülməsi qadağandır. Onların ətini yeyən şəxslər altı aya qədər həbs və 640 dollar cərimə ilə cəzalandırılır. Çinin qalan hissəsində bu heyvanların ətini yeməyə 2020-ci ilin aprel ayına qədər icazə verilirdi.

Əlaqədar

Bir nömrəlilər də acizdir – Novak Cokoviç koronavirusa yoluxub
Koronavirusa yoluxmuş həyat yoldaşını tərk etdi: “Təklikdə öl”
Koronaviruslu xəstələrin evdə müalicəsi - Hər kəs özünə həkimlik edir
"Bizim koronavirusa qarşı peyvəndimizin təsiri 2 ildən çox olacaq"
Koronavirusun "yaxın dostu" şəkərli diabet: Hələ xilas olmaq imkanınız var

Əsas mövzular