Virus Yaponiyaya qayıdır - Tokioda 55 yeni COVID-19 faktı aşkar edilib

© REUTERS / ISSEI KATOСитуация в связи с эпидемиологической обстановкой в Токио
Ситуация в связи с эпидемиологической обстановкой в Токио - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın Sindzyuku rayonunda gecə əyləncələri sənayesində çalışan 10-dan çox insan koronavirusa yoluxub.

BAKI, 25 iyun — Sputnik. Tokioda maydan bəri bir gün ərzində koronavirusa ən çox yoluxma faktı aşkarlanıb.

Девушка у окна, фото из архива - Sputnik Azərbaycan
Koronavirusa yoluxmuş həyat yoldaşını tərk etdi: “Təklikdə öl”

Sputnik Azərbaycan Yaponiyanın "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu, yeni yayılma dalğası ilə bağlı qorxulara səbəb olub.

Məlumata görə, testlər 55 yeni koronavirus infeksiyası faktını təsdiqləyib və bu, mayın 5-dən bəri maksimum göstəricidir.

Paytaxtın Sindzyuku rayonunda gecə əyləncələri sənayesində çalışan bir qrup insanda 10-dan çox yoluxma faktı aşkar edilib.

Tokio qubernatoru sakinləri virusa qarşı tədbirlərə riayət etməyə çağırıb.

Ümumiyyətlə, Yaponiyada virusun yayılmasından bəri "Diamond Princess" kruiz gəmisinin ekipajı da daxil olmaqla 18814 nəfər koronavirusa yoluxub. Ölənlərin sayı isə 979 nəfərə çatıb.

Xəbər lenti
0