01:56 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (311)
11 0 0

Ermənistanda xəstəlikdən sağalanların sayı 10 797 olub. Hazırda bu ölkədə olan 10404 nəfər xəstəxanada müalicə alır

BAKI, 24 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 21717-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 711 nəfər artıb.

Ermənistanda son gündə daha 14 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 386-ya çatıb. Xəstəlikdən sağalanların sayı 10 797 olub. Hazırda bu ölkədə olan 10404 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 914-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,2 milyonu keçib, 474 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (311)

Əlaqədar

Tramp koronavirusa yeni ad verdi və Çinin xətrinə dəydi
Koreyada koronavirusun ikinci dalğası başladı
Dünya iqtisadiyyatına koronavirusdan da güclü təhdid
Bir nömrəlilər də acizdir – Novak Cokoviç koronavirusa yoluxub
Koronavirusa yoluxmuş həyat yoldaşını tərk etdi: “Təklikdə öl”

Əsas mövzular