19:15 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (315)
11310

Səudiyyə Ərəbistanı koronavirusa yoluxanların sayına görə ərəb ölkələri arasında birinci yeri tutur. Burada 161 mindən çox yoluxan var

BAKI, 22 iyun — Sputnik. Koronavirus pandemiyası səbəbindən bu il xeyli müsəlmanın həcc ziyarəti arzusu baş tutmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bu gün yaydığı məlumatda xaricdən ziyarətçi qəbul olunmayacağı, yalnız krallığın ərazisində olan müsəlmanların Məkkə və Mədinəni ziyarət edə biləcəkləri deyilir.

“Koronavirus pandemiyası və bu virusun insan toplumuna təhlükəsi səbəbindən müsəlman təqvimi ilə 1441-ci ildə yalnız ölkə daxilindəki müxtəlif millətlərdən olan müsəlmanlar məhdud sayda həcc ziyarətini yerinə yetirə biləcəklər. Bu qərar insanların sağlamlığının qorunması üçündür”, - Nazirliyin məlumatında deyilir. 

Məkkə ərazisi hələ də bağlı qalır.

Səudiyyə Ərəbistanı koronavirusa yoluxanların sayına görə ərəb ölkələri arasında birinci yeri tutur. Burada 161 mindən çox yoluxan var. Artıq bir neçə həftədir ki, burada gün ərzində yoluxma aşkar edilənlərin sayı üç mindən çox olur. Pandemiya başlayandan krallıqda 1307 nəfər COVID-19-da dünyasını dəyişib, 105 min nəfər isə sağala bilib.

Mövzu:
Dünyanı cənginə almış bəla (315)

Əlaqədar

Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi
Bu anlar tarixdə bir ilkdir: Kəbə boşaldı
Səudiyyə qərar verdi: Koronavirusa görə bayram namazı evlərdə qılınacaq

Əsas mövzular