Türkiyədə ölü sayı 5 minə yaxınlaşır – Daha mindən çox yoluxan tapıldı

© AP Photo / Emrah GurelЧеловек скончавшийся от COVİD-19 в Стамбуле , фото из архива
Человек скончавшийся от COVİD-19  в Стамбуле , фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir gündə Türkiyədə koronavirusa daha 1 192 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 187 685 nəfərdir.

BAKI, 21 iyun – Sputnik. Bu gün Türkiyədə daha 23 nəfər koronavirusdan ölüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. O, qeyd edib ki, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 950 nəfərə çatıb.

Son bir gündə Türkiyədə koronavirusa daha 1 192 yoluxma qeydə alınıb. Hazırda koronavirus xəstələrinin ümumi sayı 187 685 nəfərdir.

Nazir bildirib ki, son sutkada 1 412 koronavirus xəstəsi sağalıb. Beləliklə, ölkədə koronavirusdan sağalanların ümumi sayı 160 240 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0