Ermənistanda koronavirusa yoluxanların sayı 20 minə çatır

© AFP 2023 / SPENCER PLATTМедицинские работники принимают пациентов с коронавирусом
Медицинские работники принимают пациентов с коронавирусом - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 898-ə çatıb

 

BAKI, 20 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 19708-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 551 nəfər artıb.

Ermənistanda son gündə daha 13 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 332-yə çatıb. Xəstəlikdən sağalanların sayı 8854 olub. Hazırda bu ölkədə olan 10409 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 2 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 898-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,6 milyonu keçib, 460 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0