11:36 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2210

ABŞ lideri eyni zamanda Koreya Respublikası ilə təlimlərin sayını azaltmağa və ya dayandırmağa hazır olduğunu bildirib

BAKI, 20 iyun — Sputnik. ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton ABŞ lideri və Şimali Koreya rəhbərinin 2018-ci ildə Sinqapurda baş tutan görüşü barədə danışıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Bolton öz memuarlarında yazıb.

Ağ Ev rəhbəri Şimali Koreya liderinə bildirib ki, BMT tərəfindən Şimali Koreyaya qarşı tətbiq olunan sanksiyaların ləğv olunması barədə düşünməyə hazırdır. Kim Çen In isə öz növbəsində Trampa bildirib ki, tərəflərin "addım qarşılığımda addım" prinsipinə əməl etmək barədə qərarına görə şaddır. Bu razılaşmaya əsasən, Şimali Koreyanın nüvəsizləşdirilməsindən sonra ABŞ tərəfi müxtəlif güzəştlərə gedəcək.

Boltonun sözlərinə görə, ABŞ lideri eyni zamanda Koreya Respublikası ilə təlimlərin sayını azaltmağa və ya dayandırmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Bolton 6 ay vəzifədə qaldıqdan sonra prezidentin milli təhlükəsizlik üzrə müşaviri postundan istefa verib.

Çərşənbə günü ABŞ-ın Ədliyyə Departamenti məhkəmə vasitəsi ilə Boltonun kitabının nəşrinin dayandırılmasını tələb edib.

Əlaqədar

Kim Çen In buna görə Trampa ömürlük minnətdar olmalıdır
Uyğur məsələsində Trampın fikrini nə dəyişdi? Boltonun kitabı ABŞ-ı silkələyir
Kim Çen In haradadır? ABŞ yenə onu axtarır
İsrail Trampın adını əbədiləşdirəcək
Bayden "Facebook"a tələb irəli sürdü: Tramp "dezinformasiya" yaya bilməsin

Əsas mövzular