Bu rəqəm sadəcə dəhşət doğurur – 450 min nəfər öldü

© REUTERS / MIKE BLAKEЖенщина в защитной маске в Сан-Диего
Женщина в защитной маске в Сан-Диего - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 191 min 052 nəfərə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 8489675-ə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına https://coronavirus.jhu.edu/map.htmlistinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 453 987 nəfər vəfat edib, 4 155 247 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 191 min 052 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 560 321 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0