Türkiyə səfiri XİN-ə çağırıldı – Etiraz notası verildi

© AFP 2023 / JOHN MACDOUGALLТурецкий флаг развевается перед посольством Турции в Берлине
Турецкий флаг развевается перед посольством Турции в Берлине - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün yayılan məlumatda Türkiyə tərəfinin İraqın şimalında əməliyyatlar zamanı terrorçulara məxsus 500-dən çox hədəfini zərərsizləşdirdiyi qeyd edilib

BAKI, 18 iyun — Sputnik. İraq Türkiyədən bu ölkənin şimalında olan qoşunlarını geri çəkməyi və bölgənin bombardmanlarının dayandırılmasını istəyib. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyənin səfiri İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib.

​Nazirlik Türkiyəni kürd qüvvələrini hədəf alan İraqın şimalındakı əməliyyatlarına son verməyə çağırıb: "Türkiyənin bombardmanı durdurması və hücum güclərini İraq torpaqlarından geri çəkməli olduğunu vurğulayırıq. Bu pozuntuları qəti şəkildə pisləyirik".

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi ötən gün İraqın şimalında, Həftani bölgəsində Pəncə - Pələng əməliyyatına başladığını bildirib. Bu gün yayılan məlumatda Türkiyə tərəfinin İraqın şimalında əməliyyatlar zamanı terrorçulara məxsus 500-dən çox hədəfini zərərsizləşdirdiyi qeyd edilib.

Xəbər lenti
0