Uyğur məsələsində Trampın fikrini nə dəyişdi? Boltonun kitabı ABŞ-ı silkələyir

© AP Photo / Luis M. AlvarezДжон Болтон, фото из архива
Джон Болтон, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Prezidenti uyğurların hüquqları haqqında qanun imzalayıb və sənəd çinli rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə imkan verir. Lakin Bolton iddia edir ki, Tramp Si Cinpinin yüz minlərlə etnik azlıqları saxlamaq üçün düşərgələr tikməkdə haqlı olduğunu deyib.

BAKI, 18 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp uyğurların hüquqları haqqında qanun imzalayıb. Sputnik Azərbaycan Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənəd çinli rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə imkan verir. 

Китайский уйгурский мусульманин участвует в антикитайской акции протеста во время саммита лидеров G20 в Осаке, Япония - Sputnik Azərbaycan
Çindən sensasion qərar - uyğurların türklərə aidiyyəti yoxdur

ABŞ administrasiyasının məlumatında bildirilir ki, "Uyğurların Hüquqlarına dair Siyasət Haqqında 2020-ci ilin Qanunu" Çinin Sintsizyan regionunda müəyyən etnik müsəlman azlıqlarının insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyir və bəzi digər məqsədləri, o cümlədən müəyyən xarici şəxslərə qarşı sanksiyaların tətbiqi üzrə müəyyən səlahiyyətləri nəzərdə tutur.

Bu arada ABŞ Prezidentinin uyğurlara qarşı başqa münasibətinin də üstü açılıb.

Belə ki, Tramp çinli həmkarı Si Cinpinə yüz minlərlə etnik azlıqları saxlamaq üçün düşərgələr qurmaqda haqlı olduğunu deyib. Associated Press xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton yeni kitabında bildirir.

Bolton yazır ki, 2019-cu ildə Yaponiyada keçirilmiş zirvə toplantısı çərçivəsində yalnız tərcüməçilərin iştirakı ilə baş tutmuş görüşdə Si Cinpin Donald Trampa Çin əhalisinin əksəriyyətindən etnik və mədəni şəkildə fərqli olan və separatçı tendensiyaları olmaqda şübhəli bilinən uyğurlar üçün düşərgələrin niyə tikildiyini izah edib.

"Tərcüməçimizin sözlərinə görə, Tramp Si Cinpinə düşərgələrin tikintisini davam etdirməyin lazım olduğunu deyib və onun fikrincə, bu, tamamilə doğru bir işdir", - kitabda deyilir.

Xəbər lenti
0