Tramp Ukraynanın onu "məhv etmək" istədiyini deyib – Bolton sirləri açdı

© AP Photo / Evan VucciПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu arada Donald Tramp bildirib ki, onun milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton gizli məlumatları kitabında dərc etməklə qanunu pozub

BAKI, 18 iyun — Sputnik. ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardım göstərməkdən imtina edib və bunu Kiyevin "onu məhv etməyə çalışması" ilə əsaslandırıb.

Sputnik Azərbaycan "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin sabiq müşaviri Con Boltonun gələn həftə dərc edilməli olan yeni kitabında deyilir. 

Kitabda bildirilir ki, Ağ Ev rəhbəri rəsmilərdən "2016-cı ildə fəaliyyətinə görə qisas kimi" və "ölkəyə təzyiq vasitəsi kimi" Ukraynaya hərbi yardımın dayandırılmasını dəfələrlə tələb edib. Beləliklə, Tramp Ukraynanın ABŞ-ın keçmiş vitse-prezidenti və qarşıdakı prezident seçkilərində demokratların namizədi Co Baydenə qarşı araşdırma başlamasına nail olmaq istəyib.

"Ukrayna məni məhv etməyə çalışıb. Mən onlara kömək etməkdə maraqlı deyiləm", - Boltonun kitabında Trampın bu sözlərinə istinad olunur.

Bu arada Donald Tramp bildirib ki, onun milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton gizli məlumatları kitabına daxil edərək qanunu pozub.

"O, qanunu pozub. Bu, son dərəcə məxfi məlumatdır və onun icazəsi yox idi. O (kitab - red.) indi böyük bir səs-küylə çıxıb", - Tramp "Fox News" telekanalına verdiyi müsahibəsində deyib, lakin söhbətin hansı məxfi məlumatdan getdiyini dəqiqləşdirməyib. 

Çərşənbə günü ABŞ-ın Ədliyyə Departamenti məhkəmə vasitəsi ilə Boltonun kitabının nəşrinin dayandırılmasını tələb edib.

Xəbər lenti
0