Dost ölkənin sabiq prezidenti koronavirusa tutuldu

© Sputnik / Aleksey Vitvitsky / Mediabanka keçidПрезидент Казахстана Нурсултан Назарбаев
Президент Казахстана Нурсултан Назарбаев  - Sputnik Azərbaycan
Abunə olmaq
"!Hazırda Qazaxıstanın Birinci Prezidenti özünü təcrid edib. Çox təəssüflər olsun ki, Elbasının koronavirusla bağlı sonuncu testi pozitiv olub"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev koronavirusa tutulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu onun mətbuat katib Aydos Ukibay öz "Twitter" səhifəsində yazıb.

"Hazırda Qazaxıstanın Birinci Prezidenti özünü təcrid edib. Çox təəssüflər olsun ki, Elbasının koronavirusla bağlı sonuncu testi pozitiv olub. Narahatlığa heç bir əsas yoxdur. Nursultan Nazarbayev məsafədən işləməyə davam edir", - deyə Ukibay öz "Twitter" səhifəsində yazıb.

​Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,3 milyonu keçib, 448 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0