Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Əliyev Dağıstanda baş verənləri müzakirə etməyiblər

© Photo : Administration of Magaramkentsky districtАзербайджанская делегация встретилась в Дагестане с азербайджанцами
Азербайджанская делегация встретилась в Дагестане с азербайджанцами - Sputnik Azərbaycan
Abunə olmaq
“Dağıstan rəhbərliyi vəziyyəti nizama salmaq üçün çox şey etdi. Yaranmış vəziyyət sadəcə bizim hamımızın koronavirusla bağlı düşdüyümüz durumla bağlıdır” - Peskov

 

BAKI, 17 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Dağıstanda baş verən hadisəni müzakirə etməyib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumata əsasən jurnalistlər Peskovdan Kremldə bu vəziyyəti izləyib-izləməmələri və bu mövzunun hər iki ölkənin liderləri tərəfindən müzakirə olunub-olunmaması barədə soruşublar.

"Dövlət başçıları yox (müzakirə etməyiblər)", - deyə Peskov vurğulayıb.

O, həmçinin bildirib ki, regionun rəhbəri ölkə prezidenti ilə bu məsələ ilə bağlı danışıb və ona vəziyyət barədə məruzə edib: "Lap əvvəldən. Yaranmış vəziyyət çox aydındır. Mən yalnız Dağıstan rəhbərliyi adından danışa bilərəm. Onlar vəziyyəti nizama salmaq üçün çox şey etdilər. Yaranmış vəziyyət sadəcə bizim hamımızın koronavirusla bağlı düşdüyümüz durumla bağlıdır".

“Azərbaycan tərəfi hərəkətləri məqsədəuyğun hesab edirmi” sualına cavab olaraq Peskov vurğulayıb ki, Azərbaycan tərəfinin addımlarını şərh etmək istəmir və əlavə edib ki, Moskva "orada olan çətinliklərə anlayışla yanaşır".

"Orada gücləndirilmiş özünütəcrid rejimi davam edir. Lakin bir daha təkrarlayıram, əlaqələr var, onlar davam etdirilir və biz ümid edirik ki, son nəticədə bu problemi həll etməyə imkan verəcək qərarlar tapılacaq" – Peskov əlavə edib.

Qeyd edək ki, Dağıstanda Azərbaycan vətəndaşları üçün müvəqqəti saxlanma düşərgəsində baş verən insidentlə bağlı cinayət işi başlanılıb və 10 nəfər saxlanılıb.

Временно исполняющий обязанности главы Дагестана Владимир Васильев - Sputnik Azərbaycan
HADİSƏ
Dağıstan rəhbəri Azərbaycanla sərhədə gəlib – İnsidentə görə

Bazar ertəsi Dağıstanda olan azərbaycanlılar pandemiya ilə bağlı vətənlərinə qayıda bilmədikləri üçün "Qafqaz" federal trasını bağlamaq istəyiblər. Polis qanundankənar hərəkətləri dayandırmaq barədə çağırışlar edib, bundan sonra azərbaycanlılarla DİN əməkdaşları arasında qarşıdurma yaranıb, bir neçə maşına zərər dəyib. Rusiya tərəfi bildirir ki, nəticədə 9 polis əməkdaşı xəsarət alıb, ümumilikdə 400 min rubl (təxminən 9780 AZN) məbləğində maddi zərər dəyib.

Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi (hakimiyyət nümayəndəsinə qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci bəndi (digər şəxslərin əmlakına qəsdən ziyan vurmaqla) üzrə cinayət işi başladılıb.

Qeyd edək ki, ötən gün polis bölməsinə 90-a yaxın şəxs gətirilmişdi.

Xəbər lenti
0