17:32 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (303)
7 0 0

Ermənistanda son gündə daha 8 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 293-ə çatıb. Xəstəlikdən sağalanların sayı 6571 olub

BAKI, 16 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 17489-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 425 nəfər artıb.

Ermənistanda son gündə daha 8 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 293-ə çatıb. Xəstəlikdən sağalanların sayı 6571 olub. Hazırda bu ölkədə 10529 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə koronavirusa yoluxanların sayı 879-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8 milyonu keçib, 436 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Mövzu:
Dünyanı cənginə almış bəla (303)

Əlaqədar

Böyük irəliləyiş: 10 manatlıq dərmanla bütün dünyanı xilas edəcəklərini deyirlər
Koronavirus Milli Məclisimizə də çatdı
Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı
Koronavirusa yoluxanların hər dördündən biri bu ölkənin vətəndaşıdır
Bakının bu əraziləri təhlükəlidir: koronavirusla bağlı yeni rəqəmlər açıqlandı

Əsas mövzular