Putin, Ərdoğan və Ruhani görüş keçirəcəklər  

© REUTERS / Tolga Bozoglu/Pool via ReutersTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Xarici Işlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib ki, görüş videokonfrans formatında təşkil olunacaq

BAKI, 15 iyun — Sputnik. İran, Rusiya və Türkiyə prezidentlərinin Suriyadakı durumu müzakirə etmək üçün Astana formatındna zirvə görüşü keçiriləcək. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Xarici Işlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib. 

O deyib ki, görüş videokonfrans formatında təşkil olunacaq. 

A.Musəvinin sözlərinə görə, XİN başçısı Məhəmməd Cavad Zərifin Türkiyə və Rusiyaya səfəri çərçivəsində bu məsələ müzakirə olunacaq və tarix müəyyənləşəcək və yaxın gələcəkdə videokonfrans təşkil olunacaq. 

Qeyd edək ki, M.C.Zərif hazırda Türkiyədə səfərdədir və oradan Rusiyaya səfəri planlaşdırılır.

Xəbər lenti
0