Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO

© AP Photo / Marcio Jose SanchezZəlzələ
Zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyi (AFAD) isə bundan sonra Bingöldə saat 17:34-də 4.6 və 18.09-da 4.7 ballıq daha iki zəlzələnin olduğunu bildirib

BAKI, 14 iyun — Sputnik. Türkiyənin Bingöl vilayətinin Karlıova rayonunda 5.7 maqnitudalı zəlzələ olub.

Sputnik Türkiyə-nin məlumatına görə, fəlakət zamanı 10 ev uçub. Dağıntılar arasından 4 nəfər çıxarılıb, 3 mühafizə işçisi isə yaralanıb.

Kandilli rəsədxanası yerli vaxtla 17:24-də Bingöl vilayətinin Karlıova rayonunda 5.9 bal gücündə zəlzələ olduğu məlumatını yayıb. Zəlzələ yerin 5 km dərinliyində olub.

​Bundan sonra rəsədxana rəqəmlərə dəyişiklik edərək maqnitudanı 5.8 bal göstərib.

Fövqəladə Hallar Nazirliyi (AFAD) isə bundan sonra Bingöldə saat 17:34-də 4.6 və 18.09-da 4.7 ballıq daha iki zəlzələnin olduğunu bildirib. İlk zəlzələ yerin 8, ikinci – 7.32, üçüncü isə 9.28 km dərinliyində meydana gəlib.

​Zəlzələ Diyarbakır, Ərzurum, Muş və Elazığda hiss edilib.

Bingöl valisi Kadir Ekinci Karlıovanın Kaynarpınar kəndində polisə aid iki gözətçi məntəqəsinin çökdüyünü, 3 əməkdaşın yaralandığını bildirib.

​Onun sözlərinə görə, Yeddisu rayonunun Almalı və Dinarbey kəndlərində 10 ev çöküb, ölən yoxdur.

​Ərzurum valisi Okay Memiş zəlzələ ilə əlaqədar xilasetmə qüvvələrinin Karlıova ilə sərhəd bölgəyə yönləndirildiyini deyib.

 

Xəbər lenti
0