Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov türk həmkarı ilə görüşə bilmədi

© REUTERS / Sergei KarpukhinMevlüt Çavuşoğlu - Sergey Lavrov
Mevlüt Çavuşoğlu - Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
The Lybian Observer isə yazıb ki, Türkiyə Liviyada iki hərbi baza açmaq niyyətindədir. Onun məlumatına görə, Ankara HHM sistemləri və pilotsuz uçan aparatlarını əl-Vatiyə və Misurata yaxınlığındakı digər hərbi bazalarda yerləşdirmək istəyir

BAKI, 14 iyun — Sputnik. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun bu gün Türkiyəyə planlaşdırdıqları səfəri təxirə düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Yeni səfərin vaxtı razılaşdırılacaq.

Hazırda Rusiya və Türkiyə prezidentlərinin tapşırığı ilə hər iki ölkənin xarici işlər və müdafiə nazirlikləri Liviyadakı vəziyyətin tənzimlənməsi üçün aktiv iş aparırlar.

The Lybian Observer isə yazıb ki, Türkiyə Liviyada iki hərbi baza açmaq niyyətindədir. Onun məlumatına görə, Ankara HHM sistemləri və pilotsuz uçan aparatlarını əl-Vatiyə və Misurata yaxınlığındakı digər hərbi bazalarda yerləşdirmək istəyir.

Bundan başqa, Türkiyənin ölkəni dəniz tərəfdən təhlükədən qorumaq üçün Liviya sahillərində dəniz missiyası təşkil etmək niyyəti də var.

Tripoli ilə əməkdaşlıq çərçivəsində Türkiyə neft axtarışları və qazma işlərini də planlaşdırır.

 

Xəbər lenti
0