00:24 09 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (408)
38 0 0

Ötən həftə Avropa Komissiyası Avropa İttifaqına, Şengen zonasına və Şengen zonasıyla assosiasiya olan dövlətlərə daxili sərhədləri iyunun 15-də açmağı tövsiyə etmişdi

BAKI, 14 iyun — Sputnik. İspaniya iyunun 22-də Şengen ölkələri ilə sərhədlərini açmağı planlaşdırır. Ancaq hələlik Portuqaliya istisnadır, onunla sərhəd iyulun 1-dək bağlı qalacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, Efe agentliyi bu barədə hökumət nümayəndəsi Pedro Sançesə istinadən xəbər verir.

Muxtar icmaların hökumət başçıları onlayn danışıqlardan sonra belə bir qərara gəliblər.

Sərhədlərin açılması barədə qərarın bu gün Baş nazir tərəfindən xüsusi mətbuat konfransında elan ediləcəyi gözlənilir.

Efe yazır ki, Sançes iyulun 1-də Portuqaliya ilə sərhədin açılması münasibətilə rəsmi tədbirin keçiriləcəyini bildirib. Tədbirdə İspaniya kralı VI Felipe, Portuqaliyanın Baş naziri Antoniu Koşta və Prezidenti Marselu Rebelu de Souzanın iştirakı planlaşdırılır.

Ötən həftə Avropa Komissiyası Avropa İttifaqına, Şengen zonasına və Şengen zonasıyla assosiasiya olan dövlətlərə daxili sərhədləri iyunun 15-də açmağı tövsiyə etmişdi. Ancaq İspaniyanın Xarici işlər naziri Arança Qonsales bildirmişdi ki, İspaniya bunu iyunun sonu edə bilər.

İspaniyada yüksək hazırlıq dərəcəsi martın 14-də elan olunub və iyunun 21-dək davam edəcək. Bu ölkə martın ortalarında yoluxma sayı və ölümlərə görə İtaliyanı qabaqlayaraq Avropada birinci olmuşdu. Cons Hopkins Universitetinin məlumatına görə, indiyədək İspaniyada 243605 nəfər koronavirusa yoluxub, 27136 nəfər isə bu virusun törətdiyi COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Mövzu:
Dünyanı cənginə almış bəla (408)

Əlaqədar

Avropa ölkəsi evləri bir avrodan satmağa başladı
Sərhədlərimizin açılacağı tarix uzandı
Venesuela “bir həftədən bir” iş rejiminə keçir
Rusiya xarici vətəndaşlar üçün sərhədi açır
Azərbaycanda daxili uçuşların başlayacağı tarix bəlli oldu

Əsas mövzular