05:34 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
16 0 0

Dərin araşdırma onların məlum mənbədən yoluxduğunu müəyyən etsə, yaxşıdır. Ancaq mənbənin müəyyən edilməməsi də mümkündür.

BAKI, 13 iyun — Sputnik. Gürcüstanda son sutka ərzində müəyyən edilmiş 14 koronavirus faktının 5-i naməlum mənbədən yoluxub.

Sputnik Gürcüstan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tbilisi infeksion xəstəliklər xəstəxanasının müalicə sahəsinin rəhbəri Marina Ezuqbaya bildirib.

"On dörd yoluxmadan ikisi tibbi personaldandır. Beş nəfər karantin zonasında olan şəxslərdəndir. Bir nəfər naməlum mənbə ilə ünsiyyətdə olmuş yük avtomobili sürücüsüdür. Daha beş nəfər naməlum mənbədən yoluxub" – deyə o bildirib.

Həkim vurğulayıb ki, bu beş nəfər fərqli bölgələrdəndir.

"Əgər dərin araşdırma onların məlum mənbədən yoluxduğunu müəyyən etsə, bu, yaxşıdır. Ancaq mənbənin müəyyən edilməməsi də mümkündür" - o vurğulayıb.

Qeyd edək ki,14 yeni faktdan biri Kaxetidə qeydə alınıb. Koronavirusa yoluxan kişinin yoluxma mənbəyi naməlumdur.

Mütəxəssislərin fikrincə, son zamanlar naməlum mənbədən virusa yoluxanların sayı 10 nəfər olub.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Bu günün statistikasına görə, ölkədə 851 fakt qeydə alınıb. Onlardan 702 nəfər sağalıb və 13 nəfər ölüb.

Əsas mövzular