Pekin yenidən sarsıdıcı xəbərlə silkələnir – Koronavirus paytaxta qayıtdı

© REUTERS / Thomas PeterСотрудники военной полиции маршируют в день открытия Всекитайского собрания народных представителей в Пекине
Сотрудники военной полиции маршируют в день открытия Всекитайского собрания народных представителей в Пекине - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumət bazarda çalışan təxminən 10 min nəfərin test ediləcəyini bildirib. Son iki gündə 50 yoluxma faktı qeydə alınıb.

BAKI, 13 iyun — Sputnik. Çinin paytaxtı Pekində koronavirusla bağlı ikinci dalğa təhlükəsi var.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, iki ay sonra paytaxt Pekində yenidən Covid-19-a yoluxma faktları qeydə alınıb. Yoluxma faktı yerli bazarlardan birində müşahidə edilib.

Hökumət bazarda çalışan təxminən 10 min nəfərin test ediləcəyini bildirib.

Qeyd edək ki, son iki gündə 50 belə fakt qeydə alınıb. Bununla da bazar ertəsi açılması planlaşdırılan məktəblər yenidən bağlanıb. Eyni zamanda Pekində 11 məhəlləyə giriş-çıxış da bağlanıb.

Xəbər lenti
0