22:19 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12 0 0

" Honkonqda, Makaoda, Quandun və Çinin Quansi-Çjunask muxtar bölgəsində fırtına xəbərdarlığı edilib.

BAKI, 13 iyun — Sputnik. Hazırda Çinin cənubuna tropik "Nuri" fırtınası yaxınlaşır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu gün saat 10.00-da fırtına Honkonqdan 420 kilometr cənub-şərqdə olub və saatda 22 kilometr sürətlə Çinin cənub sahillərinə doğru hərəkət edir.

Proqnozlara görə, ilk zərbə bazar günü Quandun əyalətinə dəyəcək. Fırtına özü ilə tropik leysan və saatda 90 kilometrə qədər sürətlə külək gətirəcək.

Honkonqda, Makaoda, Quandun və Çinin Quansi-Çjunask muxtar bölgəsində fırtına xəbərdarlığı edilib.

Qeyd edək ki, daha əvvəl Hindistan və Banqladeşdə "əsrin fırtınası" baş vermişdi. "Amfan" fırtınası Benqal körfəzi sahilinə özü ilə güclü leysan və fırtına küləyi gətirmişdi.

Əsas mövzular