17:47 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
12 0 0

ABŞ-da yoluxanların sayı 2 milyon 48 mini keçib, koronavirusun ən geniş yayıldığı ikinci ölkə olan Braziliyada isə yoluxanların sayı 829 minə çatıb

BAKI, 13 iyun — Sputnik. İyunun 13-nə olan olan son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 7 milyon 651 min 175 nəfər olub. Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadla xəbər verir ki, ən çox yoluxma sayı isə ABŞ-da qeydə alınıb.

Belə ki, ABŞ-da yoluxanların sayı 2 milyon 48 mini keçib, ölənlərin sayı isə 115 minə yaxınlaşır. Koronavirus pandemiyasının ən geniş yayıldığı ikinci ölkə olan Braziliyada isə yoluxanların sayı 829 minə çatıb. Yoluxma sayın görə üçüncü yerdə dayanan Rusiyada isə bu rəqəm 510 min 761 olub.

Qonşu Türkiyədə virusa yoluxanların sayı 175 mini ötüb. Türkiyədə ölənlərin sayı 4 min 778-dir.

Ümumilikdə, dünyada bu xəstəlikdən ölənlərin sayı 428 mini ötüb.

Əsas mövzular