Ölkə iqtisadiyyatı çöküb, Baş Nazir isə heyrət içindədir

© REUTERS / Simon DawsonМужчины выходят из здания офиса Deutsche Bank в Лондоне
Мужчины выходят из здания офиса Deutsche Bank в Лондоне - Sputnik Azərbaycan
Abunə olmaq
“Bu gün ölkəmizdə qeydə alınan rəqəmlərə heyrətlənməmək mümkün  ddeyil. Yaranmış vəziyyət bir daha göstərdi ki, iqtisadiyyat həm də səhiyyədən asılı imiş" - Boris Conson

BAKI, 13 iyun — Sputnik. Böyük Britaniyada da koronavirusla bağlı rəqəmlər durmadan artır. Sputnik Azərbaycan-ın TheGuardian-a istinadən xəbərinə görə, son dəqiqəyə olan məlumatda qeyd olunur ki, hazırda ölkədə yoluxanların sayı 41 min 481-dir. Bu günə olan ölüm rəqəmləri isə 202 olub.

Yaranmış vəziyyətlə bağlı ölkənin baş naziri Boris Conson da şərh verib, bildirib ki, Böyük Britaniyanın ilk dəfə olaraq aprel ayında və bundan sonrakı dönəmdə iqtisadiyyatında çöküş olub: “Bu gün ölkəmizdə qeydə alınan rəqəmlərə heyrətlənməmək mümkün  ddeyil. Yaranmış vəziyyət bir daha göstərdi ki, iqtisadiyyat həm də səhiyyədən asılı imiş. Ümid edirəm ki, gərgin durumu geridə qoyduqdan sonra bizim iqtisadiyyatımızda yenidən sıçrayış olacaq”.

Xəbər lenti
0