16:48 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1310

Vakarçukun Ali Radadan ayrılması barədə ehtimallar onun mart ayında "Səs" partiyasının sədri postundan getməsindən sonra ortaya çıxıb.

BAKI, 12 iyun — Sputnik. "Okean Elzı" qrupunun lideri, Ukrayna Ali Radasının deputatı, "Səs" partiyasının siyasi şurasının üzvü Svyatoslav Vakarçuk deputat səlahiyyətlərindən imtina edib.

Sputnik Azərbaycan Ukrayna mətbuatına istinadən xəbər verir ki, onun müvafiq bəyanatı Ukrayna parlamentində qeydiyyata alınıb.

Bu qərarını açıqlayan Vakarçuk öz missiyasının qismən yerinə yetirilmiş hesab etdiyini bildirib: o, "Səs" fraksiyasını Radaya keçirə bilib. Vakarçuk böyük maarifçilik layihəsi ilə məşğul olmaq niyyətindədir, amma partiyada işini tərk etməyəcək.

Vakarçukun Ali Radadan ayrılması barədə ehtimallar onun mart ayında "Səs" partiyasının sədri postundan getməsindən sonra ortaya çıxıb.

2007-2008-ci illərdə Svyatoslav Vakarçuk Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonun təşəbbüsü ilə formalaşmış "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" blokundan altıncı çağırış Ali Radasının deputatı olub. 2008-ci il sentyabrın 11-də Vakarçuk "milli maraqlara zidd olan hakimiyyət uğrunda əxlaqsız mübarizə" ilə bağlı olaraq könüllü şəkildə deputat səlahiyyətindən imtina edib.

Əlaqədar

Ukrayna əhali üçün qazın qiymətini yarıbayarı azaltdı
Zelenski: "Kiyev və Bakı arasında mövcud tərəfdaşlıq münasibətlərinə dəyər verirəm"
Ukraynada daha bir ulduzumuz parladı - VİDEO
Dövlət başçısından gözlənilməz təklif: "Məni koronavirusa yoluxdurun"
Zelenski ailəsində koronavirus

Əsas mövzular