ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. Niyə və nə üçün?

© AP Photo / Mike CorderЗдание Международного уголовного суда в Гааге, фото из архива
Здание Международного уголовного суда в Гааге, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vaşinqton amerikalı hərbçilərin fəaliyyətlərini araşdıran BCM məmurlarına qarşı sanksiyalar tətbiq edib.

BAKI, 12 iyun — Sputnik. ABŞ Ədliyyə Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsində (BCM) maliyyə korrupsiyası ilə bağlı məlumata malikdir və öz araşdırmasını aparır. Bu barədə ABŞ-ın Baş Prokuroru Uilyam Barr cümə axşamı jurnalistlərə bildirib.

"Ədliyyə Departamenti (Beynəlxalq Cinayət Məhkəməsinin - red.) prokurorluq ofisinin ən yüksək səviyyələrində uzun müddətdir davam edən maliyyə korrupsiyası və sui-istifadə ilə bağlı ciddi narahatlıq doğuran məlumatlar əldə edib. Ədliyyə Departamenti ABŞ hökumətindəki digər tərəfdaşları ilə birlikdə araşdırma aparır, biz qanunsuz hərəkətləri törətmiş şəxsləri müəyyənləşdirmək və mümkün olduqca məsuliyyətə cəlb etmək niyyətindəyik", - Barr deyib.

Onun sözlərinə görə, bu məlumat BCM-nin araşdırmalarını, o cümlədən Amerika hərbçiləri ilə bağlı araşdırmaları şübhə altına alır.

Bir qədər öncə, Prezident Donald Tramp BCM-nin amerikalı hərbçilər və digər qulluqçularla bağlı apardığı araşdırmada iştirak edənlərə qarşı sanksiyalara dair fərman imzalayıb. Fərmanda bildirilir ki, bu cür məhkəmə proseslərinə aidiyyəti olan şəxslərin aktivləri ABŞ ərazisində bağlanacaq.

Американские военные, отправляющиеся в район операций Центрального командования США из Форт-Брэгг, Северная Каролина - Sputnik Azərbaycan
RUSİYA
"Bataqlığa sürükləyəcək". ABŞ Rusiyanın Yaxın Şərqdə fəaliyyətindən narahatdır

Rusiya Elmlər Akademiyasının (REA) Təhlükəsizlik Problemləri üzrə Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, amerikanist politoloq Konstantin Bloxin Sputnik radiosunun efirində ABŞ hökumətinin BCM ilə bağlı qərarlarını şərh edib.

"Bu onu göstərir ki, Birləşmiş Ştatlar hazırda beynəlxalq hüququ ümumiyyətlə qəbul etmir, beynəlxalq birliyin digər üzvlərinin rəhbər tutduqları normaların onlar üçün heç bir dəyəri yoxdur. Onlar yalnız Amerikanın dünyada öz gücünü göstərməsinə mane olan amil kimi nəzərdən keçirilir. Odur ki, bu halda da ABŞ beynəlxalq hüquq normalarına məhəl qoymamaq niyyətini göstərir – keçmişdə İraqda və digər ölkələrdə dəfələrlə nümayiş etdirildiyi kimi", – Bloxin deyib.

Bloxinin fikrincə, Donald Tramp administrasiyasının Demokratlar partiyasından olan rəqibləri onun BCM-lə bağlı fəaliyyətini tənqid etməyəcək, çünki ABŞ-da bu məsələ ilə bağlı faktiki olaraq ikipartiyalı konsensus formalaşıb.

"Hesab etmirəm ki, bu, Amerika elitasının digər nümayəndələri tərəfindən rədd ediləcək. Bu hərəkət tamamilə ABŞ-ın ümumi siyasi kursuna uyğundur", - Konstantin Bloxin qeyd edib.

2017-ci ildə BCM prokuroru Fate Bensuda hakimlərdən Amerika hərbçilərinin, Mərkəzi Kəşfiyyat İdarəsinin və Əfqanıstanın təhlükəsizlik xidmətinin törətdiyi ehtimal olunan hərbi cinayətlərin istintaqına icazə verilməsini xahiş edib. BCM tələbi dəstəkləyib və icazə verib. Buna cavab olaraq, Dövlət Katibi Mayk Pompeo məhkəməni "hüquqi şəxs kimi maskalanan və etibara layiq olmayan siyasi institut" adlandırıb.

Ötən il Vaşinqton bu araşdırmalarla bağlı olan şəxslərə qarşı viza məhdudiyyətləri tətbiq edib. Həmin vaxt Ağ Evin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışan Con Bolton bildirib ki, BCM artıq ABŞ üçün "ölüb".

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) soyqırıma, müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb olunanların mühakimə olunmasına cavabdeh olan ilk daimi beynəlxalq cinayət ədliyyə orqanıdır.

Xəbər lenti
0