Koronavirusa yoluxanlanların sayı 7,5 milyonu keçdi

© AFP 2023 / MAURO PIMENTELПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 023 min 347 nəfərə çatıb.

BAKI, 12 iyun — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 7 514 549-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 421 458 nəfər vəfat edib, 3 540 696 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 023 min 347 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 501 800 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0