Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dövlət başçısından gözlənilməz təklif: "Məni koronavirusa yoluxdurun"

© AP Photo / Efrem LukatskyСитуация в связи с эпидемиологической обстановкой в Украине
Ситуация в связи с эпидемиологической обстановкой в Украине - Sputnik Azərbaycan
Abunə olmaq
Zelenski qeyd edib ki, ailəsi ona bu addımı bağışlamazdı: "Deyərdilər ki, mən ağlımı itirmişəm. Prinsipcə, düz də deyərdilər".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 iyun — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski insanlara infeksiyanın təhlükəli olduğunu inandırmaq üçün koronavirusa yoluxmağı və özünütəcrid etmək istədiyini arzuladığını bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu prezident "Ukrainsaya Pravda"-ya istinadən xəbər verir.

"Mən özüm bu mərhələdən keçmək istəyirdim. İnsanlara daha asan olması üçün", - deyə Zelenski bildirib.

O, tərəfdaşlarına təklif edib: "Gəlin mən virusa yoluxum, dərhal məni Bankovaya təcrid edin. Mən xəstəliyi normal keçirərdim. Onda insanlar anlayardılar ki koronavirus "bu qorxuludur", lakin "bu vəba" deyil. Qoy depressiya olmasın. Əvvəlcə vəziyyət çox qorxulu idi, onda insanlar hesab edirdilər ki biz hamımız öləcəyik".

Президент Украины Владимир Зеленский, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Zelenski: "Kiyev və Bakı arasında mövcud tərəfdaşlıq münasibətlərinə dəyər verirəm"

Lakin bu təklifdən imtina etdilər, dedilər ki bu artıq "ağını çıxartmaqdır". Zelenski təklif edib ki, ailəsi ona bu addımı bağışlamazdı: "Deyərdilər ki, mən ağlımı itirmişəm. Prinsipcə, düz də deyərdilər".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,1 milyonu keçib, 407 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0