Merkelin müttəfiqi: "Biz hələ ki, boşanmırıq"

© AFP 2023 / JOHN MACDOUGALLФлаг Германии над зданием парламента в Берлине, фото из архива
Флаг Германии над зданием парламента в Берлине, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz hələ ki, boşanmırıq. Ancaq bizim birgə yaşayışımız əvvəlki səviyyəsindən xeyli aşağıdadır", - Beyer bildirib

BAKI, 8 iyun — Sputnik. ABŞ-ın qoşunlarını Almaniyadan çıxarmaq planları "transatlantik münasibətlərin sütünlarını sarsıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kansler Angela Merkelin müttəfiqi, Almaniyanın transatlantik əlaqələr üzrə koordinatoru Peter Beyer bazar ertəsi "Reuters" agentliyinə bildirib.

Канцлер Германии Ангела Меркель - Sputnik Azərbaycan
Angela Merkel Donald Trampın sözünü yerə saldı

Yüksək vəzifəli ABŞ rəsmisi cümə günü bildirib ki, Prezident Donald Tramp 9500 amerikalı hərbçinin Almaniyadan çıxarılması əmrini verib. Bu addım Amerika kontingentinin sayını 25000 nəfərə qədər azaldacaq. Lakin Almaniya hələlik təsdiq almadığını bəyan edib.

Beyer "Reuters" agentliyinə bildirib: "Biz hələ ki, boşanmırıq. Ancaq bizim birgə yaşayışımız əvvəlki səviyyəsindən xeyli aşağıdadır. Bu kədərlidir, çünki baş verənlər Almaniyanın, Avropanın və ya Amerikanın maraqlarına cavab vermir."

"Biz Çinlə sistemli rəqabətdəyik. Lakin Qərb özünü zəiflədir", - o, əlavə edib. Beyer bildirib ki, Kansler Angela Merkel Trampın təxirə salınmış "G7"sammitinə dəvətini rədd etməyib, lakin onu koronavirus məhdudiyyətinə görə də qəbul etməyib.

Trampın prezidentliyi dövründə Berlin-Vaşinqton münasibətləri gərginləşib. Tramp Almaniyadan müdafiə xərclərini artırmağı tələb edib və Berlini Rusiyanın enerji daşıyıcılarından qismən asılı olduğuna görə Rusiyanın "əsiri" adlandırıb.

 

Xəbər lenti
0