16:28 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
34930

Yüksək rütbəli hərbçinin istefasına səbəb, çox güman ki, onun oğlunun toyu ətrafında yaranmış qalmaqal olub. Hələ ki, bu barədə rəsmi təsdiq verilməyib

BAKI, 8 iyun — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefa ərizəsi yazıb. Bu barədə Sputnik Ermənistan məlumat yayır.

Davtyanın istefa ərizəsinə səbəb, çox güman ki, onun oğlunun iyunun 7-də fövqəladə vəziyyət şəraitində toy keçirməsi nəticəsində yaranmış qalmaqal olub.

"Qraparak" qəzetinin yazdığına görə, yeni evlənmiş gənclər Müqəddəs Qayana kilsəsinə gediblər və bundan sonra Baqrevandakı şəhərkənarı evdə ziyafət təşkil ediblər. Qəzetin məlumatına görə, şənlikdə Müdafiə Nazirliyinin məmurları da daxil olmaqla, 100-dən çox qonaq iştirak edib.

Davtyanın yaxın ətrafından olan mənbələr isə Sputnik Ermənistan-a bildiriblər ki, şənlik "komendatura və ÜST-ün tövsiyələri ilə müəyyən edilmiş reqlament çərçivəsində keçirilib, iştirakçıların sayı yol verilən normadan artıq olmayıb".

Lakin çox güman ki, bu izahat komendatura və ölkə rəhbərliyini inandırmayıb.

Xatırladaq ki, Davtyan 2018-ci il mayın 24-də Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Eduard Martirosyan da bazar ertəsi istefa verib. Sputnik Ermənistan xəbər verir ki, onun istefa ərizəsi ölkə prezidenti Armen Sarkisyanın aparatına daxil olub.

Bir ay əvvəl də Martirosyanın istefası barədə şayiələr gəzirdi, lakin Ermənistan MTX bunu təkzib edirdi. Həmin vaxt yayılan məlumatlarda MTX rəhbərinin Arqişti Kərəmyanın ona müavin təyin olunmasının əleyhinə idi.

Xatırladaq ki, Eduard Martirosyan ötən il sentyabrın 19-da Artur Vanesyanın istefasından sonra Milli Təhlükəsizlik Xidmətinin rəisi səlahiyyətlərini icra edib. O bu ilin martın 19-da bu vəzifəyə təyin edilmişdi.

Bildirilir ki, Ermənistan Prezidenti ölkənin Polis rəisi Arman Sarkisyanın da istefası barədə ərizəni alıb.

Əlaqədar

Azərbaycanın hərbi təlimlərini diqqətlə izləmişik – Ermənistanın Baş Qərargah rəisi
Rəsmi Bakı: Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil
Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik
Qonşumuzda acınacaqlı durum: ölənlərin sayı kəskin artdı

Əsas mövzular