Tehrandan Vaşinqtona gözlənilməz jest – Ümid edirik ki...

© AFP 2023 / -Ситуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 5-i ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uaytı azad etdiyi üçün təşəkkür edib.

BAKI, 8 iyun — Sputnik. Rəsmi Tehran ümid edir ki, Birləşmiş Ştatlarla məhbusların dəyişdirilməsi davam etdiriləcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiyə bildirib.

"Ümid edirik ki, ABŞ-da həbsdə olan bütün iranlıların geri qaytarılması prosesi davam etdiriləcək. Dəfələrlə demişik ki, İran bütün məhbusların dəyişdirilməsinə hazırdır. Bu məsələdə məsuliyyət ABŞ hökumətinin üzərinə düşür", - deyə hökumət nümayəndəsi bildirib.

Qeyd edək ki, iyunun 5-i ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə Hərbi Dəniz Qüvvələrinin veteranı Maykl Uaytı azad etdiyi üçün təşəkkür edib.

Xatırladaq ki, Maykl Uayt İranda casusluq etməsi ittihamı ilə həbs olunmuşdu.

Xəbər lenti
0