16:41 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
15820

Uilyam özünün "ezamiyyətləri" zamanı görüşdüyü daha iki qadını, altı qadından 13 uşağı və seksual cinayətə görə məhkumluğunu gizlədib. Riyakarlıq, dələduzluq və odlu silahla bağlı qanun pozuntularına görə dəmir barmaqlıqlar arxasına düşüb.

BAKI, 8 iyun – Sputnik. Böyük Britaniyanın Edinburq şəhərinin sakini, ərinin dələduz və çoxarvadlı olduğunu öyrənəndən sonra çəkisi 32 kiloqram artmış qadın, arıqlamağın yolunu tapıb. Sputnik Azərbaycan bildirir ki, onun hekayəsini Metro nəşri yayımlayıb.

Meri Törner Tomson (Mary Turner Thomson) internetdə Uilyam adlı amerikalı ilə tanış olub. Cəmi üç həftə sonra kişi qadına evlənməyi təklif edib. Onlar evləniblər və altı il bir yerdə yaşayıblar. Kişi onu əmin edib ki, Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işləyir və müntəzəm olaraq aylarla ezamiyyətə gedir. Bir dəfə o, 250 min dollar toplamaq üçün mənzilini və bütün əmlakını satmaq məcburiyyətində qalıb. Çünki əri ona bu pulu onu uşaqlarını qaçırmaqla təhdid edən şantajçıların tələb etdiyini deyib.

Bütün bunlar Meri Tomson Uilyamın hərəkətlərindən zərər çəkmiş daha bir qadını tapana qədər davam edib.  MKİ və şantajçılar barədə hekayələrin uydurma olduğu üzə çıxıb. Əslində, Uilyam özünün "ezamiyyətləri" zamanı görüşdüyü daha iki qadını, altı qadından 13 uşağı və seksual cinayətə görə məhkumluğunu gizlədib. Sonradan o, riyakarlıq, dələduzluq və odlu silahla bağlı qanun pozuntularına görə dəmir barmaqlıqlar arxasına düşüb.

Bütün bunlar Meri Tomsona ağır zərbə olub. "Altı ildən sonra psixopatla hər şeyimi itirdim, boynumda iki uşağı ilə evsiz qaldım", - deyə o xatırlayır. Depressiyadan qadının çəkisi 120 kiloqrama qədər artıb. Bu çəkidən qurtulmaq asan olmayıb. "Mən müxtəlif diyetaları sınamışam, amma heç biri kömək etmədi. Sonda təslim oldum və hesab edirdim ki, indi həmişə belə ölçüyə malik olacağam", - qadın deyib.

Meri Tomson Britaniya Milli Səhiyyə Sistemi tərəfindən təklif olunan Second Nature proqramı ilə arıqlamağa nail olub. Daha çox gəzməyə başlayıb, rasionundakı karbohidratların miqdarını azaldıb və bir həftə sonra çəkisi 4,5 kiloqram aşağı düşüb. 12 həftə sonra qadın yeni qida vərdişləri əldə edib və onun çəkisi 12,7 kiloqram azalıb. Beləcə Tomson 32 kq çəki atmağı bacarıb.

2018-ci ildə oxşar hadisə Çinin Nankin şəhərindən olan üç qızın başına gəlib. Onlar eyni adamla görüşdüklərini müəyyən ediblər. Həmin şəxs müxtəlif adlardan istifadə edirdi və saxta bəhanələrlə böyük məbləğdə pul borc götürürdü.

 

Əlaqədar

"Gözlərini bağla..." – Kişi sürpriz adı ilə arvadını bıçaqladı
Kraliçanın nəvəsi arvadının xahişi ilə onu boşadı
Yuxuda olan arvadını qantellə öldürdü
Qadınlar Günü ərəfəsində - Kişi qardaşı ilə birləşərək arvadını qətlə yetirib
"Əri necə öldürməli?" kitabını yazdı və həyat yoldaşını öldürdü

Əsas mövzular