Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-ın dörd düşməninin adı açıqlandı. Məşhur siyasətçi "birini silin" deyir

© AP Photo / Dmitri LovetskyВид на Санкт-Петербург, фото из архива
Вид на Санкт-Петербург, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əslində onlar düşmən deyillər. Onlar bizim dörd düşmənimizdən biri deyillər", - sabiq dövlət katibi deyib

BAKI, 8 iyun — Sputnik. ABŞ-ın sabiq dövlət katibi Kolin Pauel Prezident Donald Trampın Rusiyanı "G7" təşkilatına dəvət etmək ideyasını şərh edərkən Moskvanı Vaşinqtonun düşməni hesab etmədiyini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, CNN telekanalının efirində Paueldən dövlət başçısının Rusiya nümayəndə heyətini "G7" sammitinə çağırmaq təklifinə necə yanaşdığını soruşublar.

"Mən belə cavab verərəm: Rusiyanın bizim dörd düşmənimiz siyahısına daxil edildiyi halda niyə o, (Tramp) təkbaşına bu qərarı qəbul edir? Əslində onlar düşmən deyillər. Onlar bizim dörd düşmənimizdən biri deyillər... Elə bir vəziyyət yaranıb ki, Pentaqon dörd düşmənimizi müəyyənləşdirib: Çin, Rusiya, İran və KXDR. Bu ölkələrdən heç biri bizə indi hücum etmək niyyətində deyil", - o qeyd edib.

Pauel 2001-ci ildən 2005-ci ilədək Corc Buşun prezidentliyi dövründə dövlət katibi olub.

Tramp "G7" zirvə görüşünü sentyabra qədər təxirə salmaq niyyətində olduğunu və dörd ölkəni – Rusiya, Hindistan, Cənubi Koreya və Avstraliyanı oraya dəvət edəcəyini bildirib. Onun sözlərinə görə, "Yeddilər qrupu" tərkibcə dünyada baş verənləri dəqiq əks etdirmir.

 

Xəbər lenti
0