Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bir müharibəni ləğv elədilər: bizə də faydası dəyəcək

© REUTERS / Maxim ShemetovСлужащий компании Saudi Aramco на фоне нефтехранилища в Саудовской Аравии
Служащий компании Saudi Aramco на фоне нефтехранилища в Саудовской Аравии - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanı Rusiya ilə qiymət müharibəsi başladıqdan sonra Avropa və Asiyadakı müştəriləri üçün etdiyi neft endirimlərinin hamısını ləğv edib

BAKI, 8 iyun — Sputnik. OPEC+ formatında danışıqların uğurla nəticələnməsinin ardından, Səudiyyə Ərəbistanı Rusiya ilə qiymət müharibəsi başladıqdan sonra Avropa və Asiyadakı müştəriləri üçün etdiyi neft endirimlərinin, demək olar ki, hamısını ləğv edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Şirkətlərin qiymət siyahısından da göründüyü kimi,  iki onillik ərzində artım ən ciddi səviyyədə olub və ilk növbədə,  iyuldakı Asiyaya daşınmalara toxunub.

Krallığın hərəkətləri göstərir ki, o, istənilən yolla neftin qiymətlərinin özünə münasib səviyyələrə qalxmasına nail olmağa çalışır. "Saudi Aramco" Dövlət Şirkəti Yaxın Şərqdə qiymətlərin de-fakto tənzimləyicisidir. Buna görə də Ər-Riyad ümid edir ki, onun nümunəsini regionun digər istehsalçıları da izləyəcəklər.

İyunun 6-da OPEC+ ölkələri neft hasilatının, demək olar ki, maksimum həcmdə azaldılmasının uzadılmasına dair razılığa gəliblər. Əgər may və iyun aylarında sutkalıq hasilat 9,7 milyon barelə çatırdısa, iyul ayında bu göstərici daha əvvəl nəzərdə tutulduğu kimi 7,7 milyon deyil, 9,6 milyon barelə çatacaq.

Bu qərar neftin qiymətlərinə müsbət təsir göstərib. İyunun 8-də alqı-satqı başlayanda Brent çeşidinin qiyməti 43,5 dollara çatıb, sonra isə 43 dollaradək nizamlanıb. Sonuncu dəfə xammal bu qiymətə üç ay əvvəl, martın 6-da OPEC+ razılaşmasının pozulduğu məlum olanadək satılıb. Tərəflər aprel ayında yeni saziş imzalayıblar və bu, may ayında qüvvəyə minib.

Xəbər lenti
0