Qonşumuzda acınacaqlı durum: ölənlərin sayı kəskin artdı

© AP Photo / Dmitri LovetskyCOVİD-19 xəstənin transpartirovkası, arxiv şəkli
COVİD-19 xəstənin transpartirovkası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində koronavirusa yoluxanların sayı daha 195 nəfər artıb. Xəstəlikdən sağalanların sayı 4099 olub

BAKI, 8 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 13 325-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 195 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 211-ə çatıb. Xəstəlikdən sağalanların sayı 4099 olub. Hazırda bu ölkədə olan 8943 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 1 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 810-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7 milyonu keçib, 402 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0