15:42 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2710

Berik Uali koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Prezident Administrasiyasında sanitar rejimi gücləndirilib.

BAKI, 7 iyun - Sputnik. Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali bildirib ki, ondan götürülmüş koronavirus testi müsbət çıxıb.

"Təəssüflə bildirməliyəm ki, bütün ehtiyat tədbirlərinə baxmayaraq, mənim son koronavirus testim müsbət nəticə göstərdi. Hazırda xəstəxanada həkimlərin nəzarəti altındayam. Vəziyyətim qənaətbəxşdir", - Berik Uali Facebook-da yazıb.

© Sputnik / Abzal Kaliyev
Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali

Mətbuat katibi qeyd edib ki, Prezident Kasım-Jomart Tokayev qrafikə uyğun olaraq işini davam etdirir, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur.

"Dövlət başçısı mütəmadi olaraq testdən keçirilir. Akordada (Prezident Administrasiyası) sanitar rejimi gücləndirilib, təhlükəsizlik tədbirləri sərtləşdirilib", - deyə Uali qeyd edib.

Prezidentin mətbuat katibi qazaxıstanlıları karantin rejiminə ciddi əməl etməyə və profilaktik tədbirlər görməyə çağırıb.

"Pandemiyaya boş şey kimi yanaşmaq olmaz", - deyə Uali bildirib.

Xatırladaq ki, Qazaxıstanda 12 511 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, 7 135 nəfər sağalıb, 53 nəfər vəfat edib.

Əsas mövzular