Avropa ölkəsi ABŞ-dan hərbi yardım istəyir

© REUTERS / Bryan WoolstonВоеннослужащие воздушно-десантных войск США, фото из архива
Военнослужащие воздушно-десантных войск США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ümid edirəm ki, bizim çoxsaylı danışıqlarımızın nəticəsində hazırda Almaniyada olan qoşunların Polşaya dislokasiyası baş tutacaq" - Mateuş Moravetski

BAKI, 6 iyun — Sputnik. Polşa ümid edir ki, ABŞ öz qoşunlarını Almaniyadan tez bir zamanda çıxaracaq. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Mateuş Moravetski bildirib.

"Ümid edirəm ki, bizim çoxsaylı danışıqlarımızın nəticəsində hazırda Almaniyada olan qoşunların Polşaya dislokasiyası baş tutacaq", - deyə Baş nazir qeyd edib.

Moravetski ABŞ hərbçilərindən ibarət kontingentin ən qısa vaxtda ölkəyə gələcəyinə ümid edir.

Qeyd edək ki, iyunun biri məlum olub ki, ABŞ Polşa ilə bu ölkədə əlavə hərbçilər kontingentinin yerləşdirilməsinə dair razılığı, demək olar ki, yekunlaşdırıb. Bununla da ABŞ-ın bu ölkədə olacaq hərbçilərinin sayı 5,5 minə çatacaq. Komandanlıq hesab edir ki, bu qərar ABŞ qruplaşmasının "keyfiyyətinin artırılmasına" səbəb olacaq.

Xəbər lenti
0