02:09 13 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (332)
16 0 0

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 190-a çatıb. Xəstəlikdən sağalanların sayı 3720 olub

 

BAKI, 6 iyun — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 12364-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 547 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 190-a çatıb. Xəstəlikdən sağalanların sayı 3720 olub. Hazırda bu ölkədə olan 8385 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 3 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 808-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu keçib, 397 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (332)

Əlaqədar

Hava və koronavirus arasında əlaqə varmı? Akademik izah edir
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
Paşinyan və bütün ailəsi koronavirusa yoluxdu
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi
Koronavirusa yoluxanların sayı durmadan artır

Əsas mövzular