Koronavirusla mübarizəyə 21 milyard dollar ayırdılar

© REUTERS / CAITLIN OCHSСитуация в связи с эпидемиологической обстановкой в США
Ситуация в связи с эпидемиологической обстановкой в США  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu vəsait diaqnostikaya, vaksinlərin hazırlanmasına, müalicəyə, həmçinin araşdırmalara sərf olunacaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Böyük İyirmilik (G20) və dəvət olunan ölkələr yeni növ koronavirusla mübarizə üçün 21 milyard dollardan çox vəsait ayıracaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rəsmi məlumat "G20"-nin saytında yerləşdirilib.

"G20 dəvət olunan ölkələrlə birgə COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri koordinasiya edir. Hazırkı duruma görə, G20 üzvləri və dəvət olunan ölkələr bütün dünyada səhiyyə sahəsinin maliyyələşdirilməsini dəstəkləmək üçün 21 milyard dollardan çox vəsait ödəmək öhdəliyi götürüblər", - deyə məlumatda bildirilir.

Bu vəsait diaqnostikaya, vaksinlərin hazırlanmasına, müalicəyə, həmçinin araşdırmalara sərf olunacaq.

Xəbər lenti
0