CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar

© AFP 2023 / OLIVIER DOULIERYПротесты в США
Протесты в США - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da yaşayan azərbaycanlılar burada kütləvi iğtişaşların şahidi ola biləcəklərini ağıllarına belə gətirməyiblər və belə şeyləri yalnız kinoda görüblər.

BAKI, 4 iyun — Sputnik, Kəmalə Əliyeva. ABŞ-da yaşayan azərbaycanlılar pols tərəfindən qaradərili Corc Floydun öldürürülməsindən sonra ikinci həftədir bu ölkədə davam edən kütləvi iğtişaşlardan şokdadırlar. Aksiyalar soyğun, talan, yandırma ilə müşayiət olunur. Bir sıra şəhərlərə Milli qvardiya yeridilib, komendant saatı elan olunub. Lakin bununla iğtişaşların qarşısını almaq mümkün olmayıb.

ABŞ-da yaşayan və işləyən azərbaycanlılar bu hadisələr barədə öz təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüblər.

Публикация от L-Mir (Dayirman) (@lmirofficial)

“Dəyirman” qrupunun eks-solisti Elmir Məhərrəmov etiraf edib ki, bütün qohumları və yaxınları vəziyyətinin necə olduğunu öyrənmək üçün hər gün ona zəng edirlər.

"Çoxları mənə, ailəmə görə narahatdır. Bizdə hər şey yaxşıdır, lakin şəhərin mərkəzindəki bəzi yerlərdə kütləvi iğtişaşlar baş verir. Çox şükür, şəhərin bizim hissəsində sakitlikdir, amma buna baxmayaraq, bir həftə davam edəcək komendant saatı elan olunub", - Məhərrəmov deyib.

Azərbaycanın ilk moda blogeri, daha çox Iblondee kimi tanınan model Günel İsmayıllı bildirib ki, heç vaxt ABŞ-da kütləvi iğtişaşların şahidi ola biləcəyini ağlına belə gətirməyib və belə şeyləri yalnız kinoda görüb. İsmayıllı etiraf edib ki, onda və bir çox yerli sakində helikopter və polis maşınlarının səsindən artıq posttravmatik sindrom əmələ gəlib.

"Mən neçə ildir, ABŞ-da yaşayıram və heç vaxt belə bir şey görməmişəm. Baş verənlərdən şokdayam. Bu, dəhşətdir. Nyu-Yorka baxanda ürəyim ağrıyır. Bilmirəm, bu nə vaxt qurtaracaq. Hətta iğtişaşlar bitdikdən sonra, məncə, insanların özlərinə gəlməsi üçün vaxt lazım olacaq", - İsmayıllı deyir.

Посмотреть эту публикацию в Instagram

Karantin günləri sizə nələr öyrətdi? Bizə anın dəyərini, fəsillərin önəmini, zamanın qiymətini 🍀

Публикация от Röya & Rizvan (@roya_rizvan)

Birlikdə səyahət edən azərbaycanlı Rizvan Əliyev Röya Miriyeva da hazırda ABŞ-dadırlar. Onlar green-card udduqdan sonra bu ölkəyə gəliblər. İğtişaşlara görə Əliyev və Miriyeva daha sakit yerə köçüblər.

"Artıq dörd gündür ki, dostlarımızın evindəyik. Hələlik onlarda qalmaq fikrindəyik. Ölkədə hər şeyin sakitləşməsini gözləyirik. Praktiki olaraq evdən çıxmırıq. Bildiyiniz kimi, bu aksiyaların səbəbi qaradərilinin öldürülməsidir və məncə, etirazlar ədalətlidir. İnsanları irqlərə bölmək olmaz", - cütlük hesab edir.

Onların sözlərinə görə, mitinqlər iğtişaşlarla müşayiət olunur, insanlar qarşılarına çıxan hər şeyi məhv edirlər, dükanları soyurlar. Rizvanla Röya bildirirlər ki, baş verənləri sözlə ifadə etmək çətindir, lakin hər şey tezliklə bitəcək.

Посмотреть эту публикацию в Instagram

I enjoy with Hawaii 😍 #hawaii #honolulu #fosterbotanicalgarden #turgutpics

Публикация от 𝒯𝓊𝓇𝑔𝓊𝓉 𝒜𝓁𝒾𝑒𝓋® (@turgut.aliev)

Turqut Əliyev hər gün öz bloqunda videolar paylaşır və orada ABŞ-da olanları göstərir. Onun sözlərinə görə, etirazların çoxu Los-Ancelesdə keçirilir.

Посмотреть эту публикацию в Instagram

Los Angeles Always Shows Out ! #losangeles #fyp #la #protest

Публикация от 𝒯𝓊𝓇𝑔𝓊𝓉 𝒜𝓁𝒾𝑒𝓋® (@turgut.aliev)

"Bizi hətta işdən tez buraxırlar, çünki adətən mitinqlər günortadan sonra başlayır. Üç gün ərzində ABŞ-ın üç böyük şəhəri, demək olar ki, məhv edilib. Bir qisim insan irqçiliyin əlehyinə çıxış edir, digərləri isə vəziyyətdən istifadə edərək dükanlardan hər şeyi oğurlayırlar. Onlar yalnız dövlət deyil, özəl müəssisələri də dağıdırlar. Bütün bunlara baxmaq mümkün deyil", - Əliyev qeyd edib.

Xəbər lenti
0